"Qalatasaray"dan Terimə doğum günü sürprizi - Video

"Qalatasaray"dan Terimə doğum günü sürprizi -  Video
VİDEO 7 Sentyabr 2020 / 17:24 2472
-  A +

"Qalatasaray" baş məşqçi Fatih Terimə 67 yaşı münasibətilə sürpriz edib.

Qol.az xəbər verir ki, İstanbul klubu Terimin karyerası ərzində birgə çalışdığı futbolçular və dostlarının təbriklərinin yer aldığı video hazırlayıb.

"Arsenal"ın sabiq baş məşqçisi Arsen Venger, Terimin "Milan"da birgə çalışdığı Paolo Maldini, Cennaro Qattuzo, Nunu Qomeş, Ruy Koşta, "Qalatasaray"ın keçmiş futbolçuları George Hacı, Didye Droqba, Uesli Sneyder, Felipe Melo, Yohan Elmander, Yuto Naqatomo, Mariano, Maykon kimi oyunçular da olub.

Videonu izləyən Terimin gözləri yaşarıb.

Xatırladaq ki, "Qalatasaray" Avropa Liqasının 2-ci təsnifat mərhələsinin oyununda "Neftçi"nin qonağı olacaq. Sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 20:00-da başlanacaq.




Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord