“Qarabağ” klubunun direktoru Əmrah Çəlikəlin müsahibəsi
- Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Molde” matçının məkanı hələ də açıqlanmayıb. Son durum nədir?
- Hələ qərar verilməyib, biz özümüz də gözləyirik. Bizim üçün də vacib məsələdir.
- Artıq pley-off mərhələsinin belə, bəzi oyunlarının yeri bilinir. Belə vəziyyət nə qədər sürə bilər?
- Vəziyyətin bu həddə çatması bizim qarşı tərəflə vuruşmağımızdan qaynaqlanır. Əgər onların istəyini qəbul etsəydik, çoxdan demişdilər ki, gedin, Macarıstanda və ya başqa bir ölkədə oynayın. Məsələnin bu qədər uzanmasının yeganə səbəbi odur ki, hərtərəfli üstlərinə gedirik.
- “Molde” klubunun tələbini nə dərəcədə doğru hesab edirsiniz? Axı onların irəli sürdüyü problem ölkədaxili məsələdir...
- Sözsüz ki, bunda bizlik heç bir problem yoxdur. Əvvəlcədən də demişik ki, qapımız hər kəsə açıqdır və təminat da veririk. Ancaq yəqin ki, proses belədir. Qərarın yubanması onu göstərir ki, UEFA bizim haqlı olduğumuzu görür. Bizim mövqeyimiz səhv olsaydı, deyərdilər ki, başqa ölkədə oynayın.
- UEFA-nın belə gec qərar verməsi norveçlilərin təzyiqindən qaynaqlanır?
- Əlbəttə. Onlar da bir tərəfdən UEFA-ya təzyiq göstərir. “Biz əvvəlcədən də demişik ki, heç yerə getməyəcəyik” iddiasındadırlar. Bizə görə məntiqli olmasa da, öncədən deyilib. Amma bizim də başqa ölkəyə getməyimiz qəbulolunmazdır. Ona görə ki, ev sahibiyik və rəqibi qəbul etməliyik. Məsələ olduqca mürəkkəbdir, UEFA-nın mövqeyi də başadüşüləndir. Norveç tərəfi müqavimət göstərir. Qeyri-müəyyən durumun uzanmağından belə başa düşürəm ki, qərarın bizim xeyrimizə verilməsi daha real görünür.
- UEFA “Molde” klubunun tələbini qəbul edərsə, bununla bağlı hər hansı addım atmağı düşünürsünüzmü?
- Belə bir qərar gözləmirəm. Çünki matçın Azərbaycanda keçirilməsi üçün yetərincə faktlar var. Təbii ki, UEFA-nın istənilən qərarına hörmətlə yanaşacağıq. Əgər istəmədiyimiz qərar çıxarsa, bu, başqa ölkə klublarının da mövsümün gedişində eyni tələblə UEFA-ya müraciət etməsinə yol aça bilər. Qitə futbol qurumu bütün bunları yəqin ki, götür-qoy edir. Ancaq inanmıram ki, bizi harasa göndərsinlər. Norveç komandası bura gəlməlidir (apasport.az).
26 oyunda 31 qol - Video
Qrizmann qayıtdı
Virtzin 21 qolu və 31 qol ötürməsi - Video
"Tottenhem" "Bavariya" ilə qarşılaşacaq
Keyn sağaldı
"Borussiya" onunla peşəkar müqavilə imzaladı
"Barselona"nın apellyasiya şikayəti rədd edildi
Mahir Emreli irqçiliyə qarşı kampaniyaya dəstək verdi
1-ci liqada daha 3 turun oyunlarının saatı müəyyənləşdi
Messi: “Dünya çempionu olmasaydım, millini tərk edəcəkdim”
“Azərlotereya”nın yeni 4 oyunu Misli.az-da
Azərbaycan millisi İrəvana getməkdən imtina etdi
Bölgə komandası çempionatdan kənarlaşdırıldı
AFFA məşqçini futboldan uzaqlaşdırıb
"Şəmkir"in futbolçusundan gözəl qol - Video
ABŞ klubu Jiru ilə razılıq əldə etdi
1-ci liqada 20-ci turun oyunlarının saatı bilindi
PFL 35 oyunun vaxtını açıqladı
4-cü Avropa Oyunları bu şəhərdə keçiriləcək
Pele və Ronaldonu geridə qoydu
Gürcüstan, vicdan və imtahan...
Baş nazir milliinin üzvlərinə orden veriləcəyini açıqladı