"Barselona" Poçettinoya təklif göndərdi

"Barselona" Poçettinoya  təklif göndərdi
DÜNYA FUTBOLU 15 Avqust 2020 / 21:05 5601
-  A +

"Tottenhem"in sabiq çalışdırıcısı Maurisio Poçettino "Barselona"nın yeni baş məşqçi vəzifəsinə əsas namizəddir.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubunun prezidenti Josep Maria Bartomeunun argentinalı mütəxəssisə güvəndiyi və onu istefaya göndəriləcəyi gözlənilən Kike Setyenin ən yaxşı əvəzləyicisi hesab etdiyi vurğulanıb.

Poçettinonun namizədliyini komandanın kapitanı Lionel Messinin də dəstəklədiyi bildirilib.

"Barselona"nın 48 yaşlı çalışdırıcıya artıq 1+1 illik müqavilə təklif etdiyi yazılıb. Poçettinonun daha uzunmüddətli müqavilə imzalamaq istədiyi iddia olunub.

Qeyd edək ki, La Liqa təmsilçisində baş məşqçi vəzifəsinə namizədlər sırasında Massimiliano Alleqri, Tyerri Anri, Ronald Kuman və Xavinin də olduğu bildirilir.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı