"Güclənməyə ehtiyac var" - Elmar Baxşıyev

"Güclənməyə ehtiyac var" -  Elmar Baxşıyev
XƏBƏR 15 Avqust 2020 / 16:48 2132
-  A +

"Qəbələ"nin baş məşqçisi  Elmar Baxşıyev hazırlıq çərçivəsində dünən keçirilən “Neftçi” ilə yoxlama oyununu (1:2) şərh edib.

Qol.az xəbər verir ki, o, klubun saytına açıqlamasında matçla bağlı bunları bildirib:

“Çempionata hazırlıq çərçivəsində son yoxlama oyunumuzu keçirdik. Ümumi hazırlığımızı istədiyimiz kimi başa vurduq. Oyundan-oyuna komanda istədiyimizi meydanda göstərməyə başlayır. Heyətə yeni qoşulan oyunçular var və getdikcə onların komandaya faydaları dəyəcək. Əlbəttə, güclənməyə ehtiyac var və bu yöndə axtarışlarımız davam edir”.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın