"Neftçi"nin sabiq oyunçusu bu kluba keçdi

"Neftçi"nin sabiq oyunçusu  bu kluba keçdi
XƏBƏR 15 Avqust 2020 / 13:27 3631
-  A +

“Neftçi”nin sabiq futbolçusu Derlis Meza Kollinin yeni klubununun adına aydınlıq gəlib.

Qol.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi karyerasını Rumınyanın “Arçeş” klbunda davam etdirəcək. Paraqvaylı oyunçu ilə 1 illik müqavilə imzalanıb.

“Arçeş” növbəti mövsüm əsas liqada mübarizə aparmaq üçün vəsiqə əldə edib.

Qeyd edək ki, D.Meza Kollinin son klubu Rumınyanın digər bir komandası “Petrolul” olub. O, 2013-2015-ci illərdə “İnter” (hazırkı “Keşlə”), 2015-ci ildə “Qəbələ”, 2017-2018-ci illərdə isə “Neftçi”nin formasını geyinib.

Xatırladaq ki, D.Meza Kolli "Keşlə"nin futbolçusu Sezar Meza Kollinin qardaşıdır.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord