“Barselona” son dəfə 8 qolu nə vaxt buraxmışdı?

“Barselona” son dəfə 8 qolu  nə vaxt buraxmışdı?
DÜNYA FUTBOLU 15 Avqust 2020 / 10:31 6498
-  A +

“Barselona” ötən gecə Çempionlar Liqasının 1/ 4 finalında ”Bavariya”ya ilə matçda (2:8) 74 il sonra qapısında 8 top görüb.

Qol.az xəbər verir ki, son dəfə 1946-cı ildə İspaniya kubokunda “Sevilya” Kataloniya klubuna 8 qol vurmağı bacarıb. “Barselona” həmin görüşdə fərqlənə bilməyib.

Belə uğursuz nəticə onlar  üçün Çempionlar Liqasında isə ilkdir. Komanda tarixi ərzində heç vaxt bu turnirdə 8 qol buraxmamışdı.

Həmçinin “Barselona” bunadək avrokuboklarda cəmi 2 dəfə 5 və daha artıq qol buraxıb. Sözügedən oyunlar 1962-ci ildə  Yarmarkalar kubokunda  “Valensiya” (2:6), 1976-cı ildə isə UEFA kubokunda  “Levski” ilə (4:5) matçlardır.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord