Üç alman məşqçi ÇL-in yarımfinalında - Tarixdə ilk dəfə

Üç alman məşqçi ÇL-in yarımfinalında - Tarixdə ilk dəfə
DÜNYA FUTBOLU 15 Avqust 2020 / 10:02 5330
-  A +

Tarixdə ilk dəfə olaraq üç alman məşqçinin rəhbərlik etdiyi komandalar Çempionlar Liqasının yarımfinalına vəsiqə qazanıb.

Qol.az-ın xəbərinə görə, Hans-Diter Flinkin rəhbərlik etdiyi "Bavariya" "Barselona"ya 8:2 hesabı ilə qalib gələrək ÇL-in yarımfinalına yüksəlib.

Bu mövsüm daha öncə bu uğura Tomas Tuhell (PSJ) və Yulian Naqelsmann da ("Leyptsiq") nail olmuşdu.

Qeyd edək ki, ÇL-də yarımfinala son vəsiqə uğrunda ispaniyalı Xosep Qvardiolanın rəhbərlik etdiyi "Mançester Siti" ilə fransız Rudi Qarsiyanın rəhbərlik etdiyi "Lion" mübarizə aparacaq.

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı