"Sumqayıt" "Zirə"yə qalib gəldi

"Sumqayıt" "Zirə"yə qalib gəldi
XƏBƏR 14 Avqust 2020 / 21:00 3030
-  A +

Premyer Liqa təmsilçilərimiz "Sumqayıt" və "Zirə" öz aralarında yoxlama oyunu keçirib.

Qol.az xəbər verir ki, "Kapital Bank Arena" keçirilən matçda Ayxan Abbasovun baş məşqçisi olduğu komanda 4:0 hesabı ilə qalib gəlib. Qolları Rüfət Abdullazadə, Tellur Mütəllimov, Elvin Məmmədov və yeni transfer Əli Qurbani vurub.

Qeyd edək ki, "Sumqayıt" Avropa Liqasının I təsnifat mərhələsində  avqustun 27-i Makedoniya "Şkendiya"sını qəbul edəcək.

Xatırladaq ki, "Sumqayıt" bundan əvvəl yoxlama görüşlərində  "Neftçi"yə (0:3), "Sabah"a (0:1), "Qəbələ"yə (1:2) uduzub, "Zirə" isə "Keşlə"yə (0:1) məğlub olub, "Qəbələ" ilə qolsuz bərabərə qalıb.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı