Premyer Liqanın ən yaxşı gənc futbolçusu

Premyer Liqanın ən yaxşı gənc futbolçusu
DÜNYA FUTBOLU 14 Avqust 2020 / 14:32 1783
-  A +

İngiltərə Premyer Liqasında 2019-2020 mövsümünün ən yaxşı gənc futbolçusu müəyyənləşib.

Qol.az çempionatın rəsmi saytına istinadən xəbər verir ki, bu ada “Liverpul”un müdafiəçisi Trent Aleksandr-Arnold layiq görülüb.

21 yaşlı futbolçu Cek Qriliş (“Aston Villa”), Din Henderson (“Şeffild Yunayted”), Mayson Qrinvud, Markus Reşford (“Mançester Yunayted) və Kristian Puluşiçi (“Çelsi”) qabaqlayıb.

Qeyd edək ki, Aleksandr-Arnold Premyer Liqada çempion olduqları mövsümdə 38 oyuna 4 qol vurub və müdafiəçi üçün rekord sayılan 13 məhsuldar ötürmə edib.

Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı