"Bu gün dünyanın ən xoşbəxt insanı mənəm" - Naqelsmann

 "Bu gün dünyanın ən xoşbəxt insanı mənəm" - Naqelsmann
DÜNYA FUTBOLU 14 Avqust 2020 / 11:18 3970
-  A +

"Leyptsiq"in baş məşqçisi Yulian Naqelsmann Çempionlar Liqasının 1/4 finalında "Atletiko"ya qalib gələrək növbəti mərhələyə yüksəldikləri oyunu (2:1) şərh edib.

Qol.az  xəbər verir ki, o, matçla bağlı bunları deyib: "Bu gün dünyanın ən xoşbəxt insanı mənəm. İlk hissədə çox şansımız olmadı, amma yaxşı müdafiə olunduq. "Atletiko"ya qarşı oyunlarda istədiyin qədər qol epizodu yaratmaq çətindir.Rəqibin qapısının yaxınlığında bir az daha təhlükəli idik. Yarımfinalda olmağımız yaxşıdır. Bu qələbəni qeyd etmək üçün çox vaxtımız olmayacaq. Bəlkə oteldə birlikdə pivə içəcəyik və sonra PSJ ilə oyunu düşünəcəyik".

33 yaşlı mütəxəssis növbəti mərhələdə qarşılaşacaqları PSJ ilə matçın çətin keçəcəyini söyləyib: "Sürətli müdafiə olunmalıyıq. Rəqibin xeyli ulduz futbolçusu var. Qarşıda çətin oyunumuz var, amma planlarımız olacaq".

 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki