“Barselona”nın sabiq üzvü Belçika klubunda

“Barselona”nın sabiq üzvü Belçika klubunda
DÜNYA FUTBOLU 13 Avqust 2020 / 16:30 3598
-  A +

Braziliya millisinin və “Barselona”nın sabiq üzvü Adriano Korreyanın yeni komandası məlum olub.

Qol.az xəbər verir ki, 35 yaşlı müdafiəçi “Eupen” klubuna keçib. Bu barədə Belçika təmsilçisinin rəsmi saytı məlumat yayıb. Yüksək liqada çıxış edən klub Adriano ilə imzalanan müqavilənin detallarını açıqlamayıb.

Qeyd edək ki, 2010-2016-cı illərdə “Barselona”nın formasını geyinən Adrianonun son klubu “Atletiko Paranaense” (Braziliya) olub.


Son xəbərlər