Dünya çempionu Bekhemin klubunda - Rəsmi

Dünya çempionu Bekhemin klubunda -  Rəsmi
DÜNYA FUTBOLU 13 Avqust 2020 / 15:50 3556
-  A +

“Yuventus”dan ayrılan Blez Matyuidinin “İnter Mayami”yə keçidi rəsmiləşib.

Qol.az xəbər verir ki, bu barədə ABŞ klubunun saytı məlumat yayıb. Fransalı yarımmüdafiəçi ilə müqavilə imzalandığı bildirilib. Ancaq sözləşmənin müddəti və digər şərtləri açıqlanmayıb.

Xatırladaq ki, MLS təmsilçisinin sahibi əfsanəvi ingilis futbolçu Devid Bekhemdir.

Qeyd edək ki, Fransa millisinin heyətində DÇ-2018-in qalibi olan 33 yaşlı futbolçu 2017-ci ildə PSJ-dən “Yuventus”a keçmişdi.

Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı