Koutinyo "Barselona"ya qarşı oynaya bilər?

Koutinyo "Barselona"ya qarşı oynaya bilər?
XƏBƏR 12 Avqust 2020 / 14:58 2762
-  A +

İcarə əsasında "Bavariya"da çıxış edən Filipp Koutinyo müqavilə ilə məxsus olduğu "Barselona"ya qarşı Çempionlar Liqasının 1/4 final matçında oynaya bilər.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Kataloniya təmsilçisinə məxsus olmasına baxmayaraq, onun icarə müqaviləsində Avropa turnirlərində "Barselona"ya qarşı oynamamaq qadağası yoxdur. Beləliklə, baş məşqçi Hans Diter Flik şans verəcəyi təqdirdə, o, sözügedən görüşdə meydanda olacaq.

Qeyd edək ki, "Barselona" - "Bavariya" oyunu avqustun 14-ü keçiriləcək.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı