"Barselona"nın futbolçusunda koronavirus aşkarlandı

"Barselona"nın futbolçusunda koronavirus aşkarlandı
DÜNYA FUTBOLU 12 Avqust 2020 / 13:31 3187
-  A +

"Barselona"nın 9 nəfərdən ibarət olan hazırlıq düşərgəsində 1 oyunçuda koronavirus aşkarlanıb.

Qol.az klubun saytına istinadən xəbər verir ki, adı açıqlanmayan futbolçunun koronavirus testi müsbət çıxıb. Həmin şəxsin karantinə alındığı bildirilib.

Koronavirusa yoluxan oyunçunun Çempionlar Liqasının 1/4 finalında "Bavariya" ilə görüş üçün iştirak ərizəsində yer alan futbolçularla təmasda olmadığı vurğulanıb. Onun təmasda olduğu şəxslər isə koronavirus testindən keçiblər.


Son xəbərlər