"Keşlə"nin rəqibi problemlə üzləşib

"Keşlə"nin rəqibi problemlə üzləşib
XƏBƏR 12 Avqust 2020 / 13:23 2589
-  A +

"Keşlə"nin Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Laçi" heyətdə problemlərlə üzləşib.

Qol.az "Panorama"ya istinadən xəbər verir ki, Albaniya klubunun baş məşqçisi Armando Kunqu müdafiədəki çatışmazlıqlardan narahatdır. Bildirilir ki, "Laçi" müdafiəçinin sağ cinahını hələ gücləndirməyib. Komandanın müdafiəçisi Abdurrahman Fanqanın zədəsi məşqçini dəyişikliklər etməyə məcbur edir. Nəşr yazıb ki, əgər yeni transfer edilməyəcəyi təqdirdə, o zaman yarımmüdafiəçi Ardit Deliuya müdafiədə oynamaqı olacaq.

Bundan başqa, "Laçi" mərkəz müdafiəçi Eglentin Qyoni və yarımmüdafiəçi Berdi Qrekin klubdan ayrılmasından sonra boşluqları hələ doldurmayıb.

Qeyd edək ki, avqustun 27-i keçiriləcək "Keşlə" - "Laçi" (Albaniya) qarşılaşması isə saat 21:00-da başlayacaq


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı