DÇ-2022-nin seçmə mərhələsinin oyunları növbəti dəfə təxirə salındı

DÇ-2022-nin seçmə mərhələsinin oyunları növbəti dəfə təxirə salındı
XƏBƏR 12 Avqust 2020 / 12:59 1808
-  A +

DÇ-2022-nin Asiya zonası üzrə seçmə mərhələsinin oyunları növbəti dəfə təxirə salınıb.

Qol.az FİFA-nın saytına istinadən xəbər verir ki, oktyabr - noyabr aylarında keçirilməsi planlaşdırılan matçlar koronavirus səbəbindən 2021-ci ildə oynanılacaq.

Qərarın Asiya Futbol Konfederasiyası ilə birgə verildiyi, mərhələnin dəqiq tarixinin daha sonra açıqlanacağı vurğulanıv.

Qeyd edək ki, daha əvvəl 23 - 31 mart və 1 - 9 iyunda nəzərdə tutulan Asiya zonası üzrə seçmə mərhələnin oyunları təxirə salınıb.

Əlavə edək ki, DÇ-2022 21 noyabr - 18 dekabrda Qətərdə keçiriləcək.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı