"Neftçi"nin rəqibindən növbəti transfer

"Neftçi"nin rəqibindən növbəti transfer
XƏBƏR 12 Avqust 2020 / 12:09 1995
-  A +

"Neftçi"nin Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi  "Şkupi" növbəti transferini həyata keçirib

Qol.az "Sportmedia" nəşrinə istinadən xəbər verir ki, Şimali Makedoniya təmsilçisi Albaniyanın "Vlazniya" klubunun müdafiəçisi Filip Qliqorovu heyətinə qatıb.

27 yaşlı müdafiəçi 2016-ci ildə də "Şkupi"də oynayıb.

Qeyd edək ki,  klub bundan əvvəl millimizin sabiq futbolçusu Elvin Yunuszadəni transfer edib.

Əlavə edək ki, “Neftçi” – “Şkupi” matçı avqustun 27-də Bakıda keçiriləcək.


Son xəbərlər