Elvin Yunuszadə "Şkupi" haqda - "Böyük işlər görəcəyik"

Elvin Yunuszadə "Şkupi" haqda -  "Böyük işlər görəcəyik"
ÖLKƏ FUTBOLU 10 Avqust 2020 / 17:12 4569
-  A +

"Şkupi" ilə anlaşdığım üçün çox şadam. Dünəndən Skopyedəyəm,  komandada yaxşı atmosfer olduğunu gördüm".

Qol.az xəbər verir ki, bu sözləri millimizin sabiq üzvü Elvin Yunuszadə Şimali Makedoniyanın "Şkupi" klubuna transferi haqda danışarkən deyib.

"Neftçi" və "Qarabağ"ın keçmiş müdafiəçisi yeni klubunun rəsmi saytına açıqlamasında Skopye təmsilçisi barədə bunları bildirib: "Komandanın mövsümdəki ilk matçına da baxdım. Qarşılaşma məndə xoş təəssürat yaratdı. “Şkendiya” ilə dünənki oyuna əsasən düşünürəm ki, komandaya yeni qoşulan futbolçularla birlikdə çempionluq uğrunda mübarizə apara bilərik. Baş məşqçi barədə də xoş sözlər deyə bilərəm. O, enerjili, əla xarakterə malik yaxşı məşqçidir. Əminəm ki, bu komanda ilə böyük işlər görəcəyik. Azarkeşlərimizə səslənib deyirəm ki, onlara görə daha çox çalışacağıq. Belə fanatlarımızın olmasından hər oyun məmnunluq duyacağıq”.

Xatırladaq ki, "Şkupi" bugünkü püşkün nəticəsinə görə Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Neftçi"yə rəqib olub.

 

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı