“Neftçi”nin rəqibi Elvini transfer etdi – Rəsmi

“Neftçi”nin rəqibi Elvini transfer etdi –   Rəsmi
ÖLKƏ FUTBOLU 10 Avqust 2020 / 16:29 4653
-  A +

Millimizin sabiq futbolçusu Elvin Yunuszadənin yeni klubu müəyyənləşib.

Qol.az xəbər verir ki, 28 yaşlı müdafiəçi "Neftçi"nin Avropa Liqasının 1-ci təsnifat mərhələsində bu gün müəyyənləşən rəqibi "Şkupi"yə keçib. Bunu Şimali Makedoniya klubunun rəsmi saytı açıqlayıb. Onunla imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, "Neftçi"nin yetirməsi olan E.Yunuszadə "Qarabağ", "Sabah" və "Səbail"də də çıxış edib.  

Xatırladaq ki, "Neftçi" - "Şkupi" matçı avqustun 27-də Bakıda keçiriləcək.

Əlavə edək ki, əgər E.Yunuszadə bu oyunda meydana çıxsa, o, Avropa kuboklarında klublarımıza qarşı oynayan ilk azərbaycanlı futbolçu olacaq.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı