Yoxlama oyunları qapalı olacaq - PFL açıqladı

Yoxlama oyunları qapalı olacaq -  PFL açıqladı
ÖLKƏ FUTBOLU 10 Avqust 2020 / 15:51 1938
-  A +

Yeni mövsümə hazırlaşan klublarımızın yoxlama oyunları qapalı keçiriləcək.

Qol.az xəbər verir ki, bu barədə PFL-in rəsmi saytı məlumat yayıb.

Sınaq matçlarında iki komandadan başqa digər şəxslərin iştirak etməyəcəyi qeyd olunub: "Yeni mövsümlə bağlı bir sıra işlər görülür, Əsasnamə və COVID-19 pandemiyası ilə əlaqədar olaraq Əsasnaməyə əlavə yazılır, oyunlarda iştirak edəcək şəxslərin sayı müəyyənləşdirilir. Artıq 2020/2021 mövsümüylə bağlı son tamamlanma işləri görülür. Təbii olaraq komandalar yeni mövsümün başlamasına görə yoxlama görüşləri keçirməyi planlaşdırır. Yeni mövsümlə bağlı bəzi məsələlər tam yekunlaşmadığına görə yoxlama oyunlarında iki komandadan başqa digər şəxslərin iştirak etməməyi qərara alınıb. Yoxlama oyunları mətbuat nümayəndələri üçün qapalı olacaq".

Xatırladaq ki, Azərbaycan Premyer Liqası avqustun 21-də start götürəcək.

 

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı