De Byazi Bakıya gəldi, test verdi

De Byazi Bakıya gəldi, test verdi
ÖLKƏ FUTBOLU 10 Avqust 2020 / 15:04 2610
-  A +

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi bu gün Bakıya gəlib.

Qol.az AFFA-nın saytına istinadən xəbər verir ki, italiyalı mütəxəssis bu gün “Bank Respublika Arena”da keçiriləcək “Sabah” – “Qəbələ” yoxlama oyununu stadionda izləyəcək.

Canni De Byazi COVİD-19 testi verib və testin nəticəsinin neqativ olması barədə müvafiq sənəd mövcuddur.

Baş məşqçi oyunu sosial məsafənin qorunması qaydalarına riayət etməklə izləyəcək və heç kimlə ünsiyyətdə olmayacaq.

Daha çox


Son xəbərlər