"Neftçi", "Keşlə" və "Sumqayıt"ın rəqibi bilindi - Avropa Liqası

"Neftçi", "Keşlə" və "Sumqayıt"ın  rəqibi bilindi - Avropa Liqası
ÖLKƏ FUTBOLU 10 Avqust 2020 / 15:19 9020
-  A +

Bu gün UEFA Avropa Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atılıb.

Qol.az xəbər verir ki, Bakı vaxtı ilə saat 14:00-da başlayan püşkatmada Azərbaycan təmsilçilərindən "Neftçi", "Keşlə" və "Sumqayıt"ın da rəqibi bəlli olub.

"Neftçi" Şimali Makedoniyanın "Şkupi, "Keşlə" Albaniyanın "Laçi”, avrokubokların debütantı “Sumqayıt” isə Şimali Makedoniyanın "Şkendiya" klubuna rəqib olub. Hər üç komandamız bir oyundan ibarət bu mərhələdə rəqibi ilə evdə üz-üzə gələcək.

Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin oyunları avqustun 27-də gerçəkləşəcək.


 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı