"Atletiko"nun iki futbolçusu koronavirusa yoluxdu

"Atletiko"nun iki futbolçusu koronavirusa yoluxdu
DÜNYA FUTBOLU 10 Avqust 2020 / 00:25 2103
-  A +

“Atletiko”nun iki futbolçusu koronavirusa yoluxub.

Qol.az xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb. Virus aşkarlanan futbolçuların adları açıqlanmayıb.

Paytaxt təmsilçisinin Çempionlar Liqasının Portuqaliyadakı "8-lər finalı"na yollanmazdan öncə verdiyi testlərdən sonra yoluxma aşkarlanıb. Həmin  futbolçular Lissabona aparılmayıb.

Qeyd edək ki, “Atletiko” avqustun 13-də 1/4 finalda Almaniya təmsilçisi “Leypsiq”lə üz-üzə gələcək.
 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi