"Püşk "Sileks" üçün uğurlu alınmadı, xüsusilə də matç Azərbaycanda keçirilsə. "Qarabağ" ölkənin ən yaxşı, ən böyük klubudur".
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın sabiq futbolçusu Muarem Muarem deyib.
Makedoniyalı yarımmüdafiəçi "Sportmedia" nəşrinə açıqlamasında ölkəsinin "Sileks" klubunun Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ"a rəqib olmasını dəyərləndirib. O, Ağdam təmsilçisinin aşkar favorit olduğunu bildirib:
"Orada oynadığım üçün imkanların necə olduğunu bilirəm. Baş məşqçi Qurban Qurbanovun komandanın uğurlarında xüsusi rolu var. 10 ildən çoxdur ki, komandanı çalışdırır. Təbii ki, bu qədər müddət komandanı çalışdırmaq hər şeyi deyir.
Qurbanov 4-3-3 taktiki sxemini sevir və nadir hallarda təslim olur. "Qarabağ" müntəzəm olaraq Avropa Liqasının qrupunda çıxış edir. Hətta bir dəfə Çempionlar Liqasının da qrup mərhələsinə yüksəliblər. Obyektiv yanaşsaq, "Qarabağ" aşkar favoritdir, amma futbolda nəsə öncədən məlum deyil. Top yumrudur və gəlin, "Sileks"in şanslarını yox etməyək. Sadəcə, püşk "Sileks"in üzünə gülmədi".
M.Muarem həmyerlilərinə "Qarabağ"ın heyəti ilə bağlı da məlumat verib:"İspaniyalı vinger Xayme Romero ilə yanaşı, gənc hücumçu Mahir Emreliyə xüsusi diqqət yetirmək lazımdır. "Kopenhagen"dən serbiyalı yarımmüdafiəçi Uroş Matiç, "Şaviş"dən isə kolumbiyalı müdafiəçi Kevin Medinanı transfer ediblər. Medina çox təhlükəli futbolçudur".
"Qarabağ"ın əla klub olduğunu deyən 31 yaşlı türk əsilli yarımmüdafiəçi komandadakı dostları ilə əlaqə saxladığını qeyd edib: "Qarabağ" koronavirusa görə uzun müddət məşq edə bilmədi. Kifayət qədər yoldaşlıq oyunu keçirə bilməsələr də, Qurban Qurbanov bu çatışmazlığı necə aradan qaldıracağını yaxşı bilir. 3-4 ildir "Qarabağ"da olmasam da, klubda əlaqə saxladığım insanlar və bir vaxtlar birgə oynadığım futbolçu dostlarım var. "Qarabağ" əla klubdur və bunu təkrar edəcəyəm: "Sileks"in püşkdə bəxti gətirmədi".
Xatırladaq ki, Muarem Muarem 2012-2015-ci və 2016-2017-ci illərdə "Qarabağ"da çıxış edib.
"Yuventus"dan xal itkisi
"Beşiktaş"dan qələbə
Avroliqada həftənin ən yaxşı futbolçusu odur
Yayda "Real"dan ayrılmaq istəyini rəhbərliyə bildirdi
18 xalları silindi, elitanı tərk edəcəklər
"Futbolçular uduzmaqdan qorxurdular" - Ayxan Abbasov
"Sumqayıt" "Turan Tovuz"u belə məğlub etdi - Video
"Sumqayıt" "Turan Tovuz"a qalib gəldi, 2-ci pilləyə yüksəldi
ÇL-də həftənin ən yaxşı oyunçusu
ÇL-də İtaliyanın 5 klubu mübarizə aparacaq
Ançelotti Ardaya icarəyə getməyi məsləhət görüb
La Liqa klubu baş məşqçi ilə müqaviləni uzatdı
Tovuzda heyətlər açıqlandı
"Roma"nın Lukaku qərarı
"Barselona" "Kamp Nou"ya nə vaxt qayıdacaq?
Naqelsmann daha 2 il Almaniya millisində
Bojoviç yeni mövsüm "Neftçi"də qalacaqmı? - Açıqlama
"Yuventus"a Ronaldo şoku
"Qəbələ" legioneri ilə müqaviləni ləğv etdi
Qurban Qurbanovun "Beşiktaş"ın baş məşqçi vəzifəsinə namizəd olması - Rəsmən təsdiqləndi
Xabi Alonso "Bayer"dən narazıdır
Olimpiya Oyunlarının məşəli yandırıldı - Video, Şəkillər
Premyer Liqanın oyunlarına hakim təyinatları açıqlandı
Avroliqada həftənin ən yaxşısı adına namizədlər
Pioli: "Milan"da qətiyyət çatışmırdı"