"Sevilya"nın müdafiəçisi 1-ci oldu

"Sevilya"nın müdafiəçisi 1-ci oldu
XƏBƏR 9 Avqust 2020 / 11:33 1198
-  A +

Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Qol.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu, "Sevilya"nın müdafiəçisi Serxio Reqilondur. 23 yaşlı müdafiəçi qurumun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermədə Ruy Patrisiu ("Vulverhempton"), Yonass Vin ("Kopenhagen") və Junior Moraesi ("Şaxtyor") qabaqlayıb.

Qeyd edək ki, S.Reqilon Avroliqanın 1/8 finalında "Roma" ilə matçda (2:0) komandasının ilk qolunu vurub.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı