"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi - Yenilənib

"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi - Yenilənib
XƏBƏR 9 Avqust 2020 / 14:17 9927
-  A +

Bu gün  Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

Qol.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqibi müəyyənləşib. Ağdam klubu bu mərhələdə evdə "Sileks"lə (Şimali Makedoniya) qarşılaşacaq.

Püşk zamanı "Qarabağ"  yüksək reytinqlilərdən ibarət səpələnmişlər səbətində, "Sileks" isə  daha aşağı reytinqli səpələnməmişlər səbətində yer almışdı.

Qeyd edək ki, yeni qaydalar əsasən, pley-offadək bütün mərhələlər bir qarşılaşmadan ibarət olacaq.

Əlavə edək ki, 1-ci təsnifat mərhələsinin görüşləri 18-19 avqustda keçiriləcək.


Son xəbərlər