2011-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində biabırçı çıxışı ilə seçilən qadınlardan ibarət millimizin fəaliyyəti dondurulub. Qol.Az-ın məlumatına görə, bu haqda AFFA-nın rəsmi saytı xəbər yayıb. Bununla bağlı asossiasiyanın rəsmi saytına dərc olunan yazı ilə sizi də tanış edirik:
“Azərbaycanda qadın futbolunun tarixi elə də qədim deyil. Daha doğrusu, hələ keçmiş SSRİ dövründə ölkəmizdə qadın futbolçulardan təşkil edilmiş “Bakılı” komandasının fəaliyyət göstərdiyini söyləmək olar. Amma onlar, demək olar, həvəskar səviyyədə çıxış ediblər. Müstəqillik əldə edildikdən sonra əsas diqqət böyük futbolun ölkəmizdə inkişaf etdirilməsinə yönəlib. Onsuz da investisiya tapmaqda çətinlik çəkən kişi komandalarının fonunda qadın komandalarına sahib durmaq istəyən yox idi. Azərbaycanda 2000-ci ildən sonra yenidən xanım futbolçulardan ibarət klubların yaradılmasına başlandı. Məlumat üçün qeyd edək ki, qadın futbolçularımız qitəmiqyaslı turnirdə ilk dəfə 2002/03-cü illər mövsümündə iştirak edib. Həmin vaxt qadın komandalar arasında ölkə çempionatı keçirilmədiyindən, Qadın Futbol Federasiyası UEFA ilə məsləhətləşmələrdən sonra bir neçə turnirdə iştirak etmiş və müvəffəqiyyət qazanmış Bakının “Gömrükçü” klubunun UEFA kubokunun ilkin təsnifat mərhələsində çıxış etməsinə şərait yaradıb. Xatırladaq ki, qadın komandalar arasında UEFA kuboku 2001/02-ci il mövsümündən təşkil edilir. Həmin vaxt Azərbaycan Qafqazda yeganə ölkə idi ki, yarışda iştirak edib. MDB-dən isə Rusiya, Belarus, Estoniya və Moldova qitəmiqyaslı turnirdə qüvvələrini sınayıb.
Azərbaycanda qadın futbolçulardan ibarət ölkə çempionatı 2005-ci ildən keçirilməyə başlayıb. Lakin 2007-ci ildə keçirilən Azərbaycan çempionatı qalmaqalla başa çatdığından ölkə çempionatının keçirilməsi ləğv edilib.
2004-cü ildə UEFA-nın tövsiyəsi ilə 19 yaşadək futbolçulardan ibarət yığma komanda yaradılıb. Təbii ki, ilk vaxtlar nəticələr heç də uğurlu alınmayıb. Komandamız debüt ilində Danimarka və Fransaya böyük hesabla məğlub olub, qrupun son oyununda litvalı həmyaşıdlarına qalib gəlib.
Futbolçuların yaşının süni şəkildə azaldılmasına qarşı çıxan AFFA rəhbərliyi bu məsələni daim diqqət mərkəzində saxlayıb. UEFA-nın və AFFA-nın apardığı növbəti araşdırma zamanı müəyyən olunub ki, 19 yaşadək qızlardan ibarət yığma komandanın heyətində doğum tarixi yanlış göstərilən 6 futbolçu çıxış edib. 19 yaşadək qızlardan ibarət yığma komandamızın AÇ-nin elit-raunduna vəsiqə qazanmasına baxmayaraq, komandanın heyətində yaşı süni olaraq azaldılmış futbolçular çıxış etdiyi üçün AFFA FAIR PLAY (Ədalətli Oyun) qaydalarına və rəqiblərə hörmətlə yanaşaraq, U-19-un (qızlar) elit-raundda iştirakdan imtinası ilə bağlı 2009-cu ilin dekabrında UEFA-ya məktub ünvanlayıb.
UEFA-nın Nəzarət və İntizam Komitəsi üç oyunda (İspaniya, Ukrayna, Kipr) Azərbaycan yığmasına 0:3 hesablı texniki məğlubiyyətin verilməsi, İna Boyko, Toma Besserdeçnaya, Olqa Qazıyeva, Olqa Səfərova, Natalya Suvorovtseva və Anastasiya Rəhmanovanın 30.11.2010-cu ilədək müddətə ölkədaxili və beynəlxalq oyunlardan diskvalifikasiya edilməsi, AFFA-nın 60 min avro məbləğində cərimə olunması, 19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının 2010 və 2011-ci ildə keçiriləcək Avropa çempionatı oyunlarından kənarlaşdırılması, eləcə də 2011-ci ildən sonrakı növbəti 3 il sınaq dövrü təyin olunması barədə qərar qəbul edib. AFFA-nın Apelyyasiya şikayətindən sonra qitənin ali futbol qurumu cərimənin yarısını qadın futboluna xərclənilməsi məqsədilə azaldıb.
Bundan sonra AFFA tərəfindən qadın futbolunun inkişaf etdirilməsi məqsədi ilə bir sıra layihələrə start verilib. İşə sıfırdan başlayan assosiasiya rəhbərliyi tanınmış almaniyalı məşqçi Sissi Raytı ölkəmizə dəvət etdi. Daha sonra qızlardan ibarət U-15 yığma komandasının yaradılması haqqında qərar qəbul edilib. Bu komandanın formalaşması məqsədi ilə mütəmadi olaraq ölkənin müxtəlif bölgələrində - Bakı, Sumqayıt, Quba, Qusar, Şəki, Gəncə və Lənkəranda seleksiya xarakterli məşqlər keçirilib. U-15 yığma komandasını yaratmaqda məqsəd 2012-ci ildə Azərbaycanda keçiriləcək 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında dünya çempionatının final mərhələsində iştirak edəcək millini formalaşdırmaqdır. Çünki bu komanda iki ildən sonra U-17 adlandırılacaq. Bundan başqa, qadın futboluna marağı artırmaq məqsədilə tanınmış futbolçular ölkəmizə dəvət edilib. AFFA-nın dəvəti ilə 2010-cu ilin fevralında Azərbaycanda qadın futbolunun təbliği məqsədilə almaniyalı futbolçu, dünya və Avropa çempionu, Olimpiya oyunlarının mükafatçısı Renate Linqor Bakıya gəlib. R.Linqor assosiasiyanın Futbol akademiyasında olub, həmçinin qadınlardan ibarət Azərbaycan milli komandasının məşq prosesində iştirak edib. Bundan başqa, Çili Futbol Federasiyasının prezidenti Harold Mayne-Nichollsun ölkəmizə səfəri zamanı 17 yaşadək qızlardan ibarət komandalar arasında 2012-ci ildə Bakıda keçiriləcək dünya çempionatı barədə təcrübə mübadiləsi aparılıb.
AFFA rəhbərliyi dünya çempionatının Avropa zonasının qrup mərhələsi çərçivəsində yığmamızın sona qədər mübarizə aparmasına da şərait yaradıb. Heyətin yenilənməsindən sonra millimizin nəticələri ürəkaçan olmasa da, komandamız bütün görüşlərdə iştirak edib. Qrup mərhələsi başa çatdıqdan sonra AFFA qərara alıb ki, ölkəmizdə qadın futbolunun inkişafını sağlam təməl üzərində qurmaq və yeni futbolçu nəslinin yetişdirilməsi məqsədilə qadınlardan ibarət milli komandanın Avropa və Dünya Çempionatlarının seçmə mərhələlərində iştirakı müvəqqəti olaraq dayandırılsın.
Bununla bağlı FİFA və UEFA-ya müraciət olunub”.
Qeyd edək ki, millimizlə eyni qrupda yer alan belçikalıların 11, isveçlilərin 17, uelslilərin 15 cavabsız qolla qalib gəldiyi qadın futbolçularımız son oyunda da dünən Çexiyaya 0:8 hesabıyla məğlub olmuşdu və belə biabırçı nəticələrdən sonra AFFA-nın çıxardığı qərar tam başadüşüləndir.
"Barselona" uduzdu
Ronaldo 6-cı, Messi 11-ci oldu
Mateta "Yuventus"a keçir
Milli narazı qaldı, CAF-a şikayət ünvanladı
"Atletiko"dan həm qələbə, həm antirekord
Ərəblərdən 18 yaşlı futbolçuya 40 milyonluq təklif var
"Liverpul" İtaliya klubunun müdafiəçisini hədəfə aldı
Millimizin üzvü oynadı, komandası qalib gəldi
Əfsanəvi futbolçunun oğluna "Ayaks"da vəzifə verildi
Emrelinin komandası əzmkar qələbə qazandı
Bu matçda qapılara 3 avtoqol vuruldu - Video
"Beşiktaş"ın futbolçusu millinin oyununda sıradan çıxdı
"Mənə xoş münasibət bəslənilməyən yerdə oynamaq istəmirəm"
“Real”ın qapıçısı İngiltərə klubuna keçə bilər
"Mançester Siti"dən La Liqa klubuna - Rəsmi
"Qəbələ" 7 qolla qalib gəldi
"Bu müddətdə möcüzə yaratmaq mümkün deyil" - Andrey Demçenko
"Araz-Naxçıvan"dan darmadağın
Xabi Alonso Bundesliqa klubunu çalışdıra bilər
“Qarabağ” 2 futbolçu üçün rəsmi təklif göndərdi
Mourinyodan “Real”la bağlı iddialara - Maraqlı cavab
Mbappe Anrini geridə qoydu
Arbeloa: "Peresi tənqid edənlər “Real”ı sevməyənlərdir”
Azərbaycan millisinin 2-ci rəsmi qolu - Video
“1000-ci qolu vurmaq üçün ən zəif liqada da oynayar”
“Fənərbaxça”dan nümunəvi addım
"Qarşıda bizi çox iş gözləyir" - Rəşad Eyubov