"Yuventus" Sarrini istefaya göndərdi - Yenilənib

"Yuventus" Sarrini istefaya göndərdi - Yenilənib
DÜNYA FUTBOLU 8 Avqust 2020 / 16:56 3838
-  A +

"Yuventus" az əvvəl baş məşqçisi Maurisio Sarrini istefaya göndərməsi ilə bağlı rəsmi açıqlama yayıb.

Qol.az klubun saytına istinadən xəbər verir ki, rəsmi açıqlamada 61 yaşlı mütəxəssisə kluba ölkə çempionluğu yaşatdığı üçün təşəkkür edilib.

Qeyd edək ki, Sarri 2019-cu ilin yayından Turin təmsilçisini çalışdırırdı.

***

"Yuventus"un baş məşqçisi Maurisio Sarri tezliklə vəzifəsini tərk edəcək.

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Turin təmsilçisinin rəhbərliyi 61 mütəxəssisi istefaya göndərməyə qərar verib. Klubun tezliklə bu qərarı rəsmən açıqlayacağı gözlənilir.

Komandanın Çempionlar Liqasının 1/8 finalında "Lion" səddini keçə bilməyərək (0:1, 2:1) mübarizəni dayandırdırmasından sonra Sarri ilə yolları ayırmaq qərarına gəlinib.

Qeyd edək ki, "Yuventus" İtaliya çempionatında 2019/2020 mövsümünün qalibi olub.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı