"Qəbələ"nin məşqçi həyətində dəyişiklik

"Qəbələ"nin məşqçi həyətində dəyişiklik
ÖLKƏ FUTBOLU 8 Avqust 2020 / 12:11 2355
-  A +

"Qəbələ"nin məşqçilər korpusunda dəyişiklik edilib.

Qol.az klubun rəsmi Feysbuk səhifəsinə istinadən xəbər verir ki, "Qəbələ"nin futbol akademiyasında çalışan Xaqani Məmmədov fəaliyyətini əsas komandada davam etdirəcək. 44 yaşlı mütəxəssis "qırmızı-qaralar"a məşqçi təyin olunub.

Qeyd edək ki, X.Məmmədov 2012-ci ildən "Qəbələ"nin futbol akademiyasında işləyir. Onun baş məşqçiliyi altında 16 yaşlılardan ibarət komanda cari mövsümdə çempion adını qazanıb.

Xatıradaq ki, dünən "Qəbələ" məşqçisi Azər Bağırovla yolları ayırdığını açıqlayıb.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı