"Barselona" və "Bavariya" 1/4 finalda - Yenilənib

"Barselona" və "Bavariya" 1/4 finalda -  Yenilənib
DÜNYA FUTBOLU 9 Avqust 2020 / 01:01 7971
-  A +

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

Qol.az-ın xəbərinə görə, keçirilən iki cavab oyunu ilə 1/4 finalın bütün iştirakçıları müəyyənləşib.

"Barselona" İtaliya "Napoli"sini (ilk matç 1:1), "Bavariya" isə səfərdə 3:0 hesabı ilə məğlub etdiyi "Çelsi"ni qəbul edib.

Hər iki görüşdə meydan sahibləri qələbə qazanaraq növbəti mərhələyə yüksəliblər.


Çempionlar Liqası

1/8 final mərhələsi, cavab oyunları

8 avqust

23:00. "Barselona" (İspaniya) - "Napoli" (İtaliya) - 3:1
Qollar:
Lenqret, 10 (1:0), Messi, 23 (2:0), Suares, 45+1-pen. (3:0), İnsiqne, 45+5-pen. (3:1)
İlk oyun - 1:1

23:00. "Bavariya" (Almaniya) - "Çelsi" (İngiltərə) - 4:1
Qollar:
Levandovski, 10-pen. (1:0), Preşiç, 24 (2:0), Abraham, 44 (2:1),  Tolisso, 76 (3:1), Levandovski, 84 (4:1)
İlk oyun - 3:0

7 avqust

"Yuventus" (İtaliya) - "Lion" (Fransa) - 2:1
İlk oyun - 0:1

"Mançester Siti" (İngiltərə) - "Real" (İspaniya) - 2:1
İlk oyun - 2:1

Bundan əvvəl "Mançester Siti" (İngiltərə),  "Lion" (Fransa), "Leyptsiq" (Almaniya), PSJ (Fransa), "Atletiko" (İspaniya) və "Atalanta" (İtaliya) 1/4 finala  vəsiqə qazanıblar.

Qeyd edək ki, Çempionlar Liqasının qarşılaşmaları növbəti mərhələdən "8-lər finalı" formatında Portuqaliyanın paytaxtı Lissabonda oynanılacaq.


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq