"Qəbələ"də ayrılıq

"Qəbələ"də ayrılıq
XƏBƏR 8 Avqust 2020 / 01:45 2955
-  A +

“Qəbələ”nin əsas komandasının məşqçilər korpusunda dəyişiklik olub.

Qol.az klubun saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar”ın məşqçisi kimi fəaliyyət göstərən Azər Bağırov komandadan ayrılıb.

 2019-cu ilin oktyabrından klubda çalışan mütəxəssis 2019-2020-ci illər mövsümündə məşqçi funksiyasını yerinə yetirib. Onun “Qəbələ”də çalışdığı müddətdə 15 matça (13-ü Premyer Liqa, 2-si Azərbaycan kuboku) çıxan “qırmızı-qaralar” 6 qələbə qazanıb, 2 heç-heçə edib və 7 dəfə məğlub olub. 28 qol vuran futbolçular 23 top buraxıb.

“Qəbələ” İdman Klubu Azər Bağırova 2019-2020-ci illərdə komandadakı fəaliyyətinə görə təşəkkür edib, ona gələcək həyatında və karyerasında uğurlar arzulayb.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı