"Messi "Barselona"da qalmaq istəyir" - Bartomeu

"Messi "Barselona"da qalmaq istəyir" - Bartomeu
XƏBƏR 7 Avqust 2020 / 21:21 1926
-  A +

"Bunu yalnız mən demirəm, Messi özü də karyerasını "Barselona"da bitirmək istədiyini söyləyib".

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, bu sözləri "Barselona"nın prezidenti Xosep Bartomeu deyib. O, L.Messinin  Kataloniya klubunda qalmaq istədiyini bildirib:

"Heç şübhə etmirəm ki, o, 3-4 il sonra futbolçu karyerasını bitirəndə "Barselona"da olacaq. Messi bunu aydın şəkildə söyləyib. O, uşaqlıqdan bəri buradadır. Messi "Barselona"nın tarixinin bir hissəsi, ən yaxşı oyunçusudur. Messi "Barselona"dadır və burada qalmaq istəyir".

Son xəbərlər