Bundesliqa nə vaxt başlayır?

Bundesliqa nə vaxt başlayır?
XƏBƏR 7 Avqust 2020 / 19:44 2005
-  A +

Almaniya Bundesliqasının 2020/2021-ci illər mövsümünün təqvimi müəyyənləşib.

Qol.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, çempionatın avqust ayının 18-də başlaması nəzərdə tutulub. Lakin açılış matçının iştirakçıları haqqında hələ qərar qəbul edilməyib.

Bildirilir ki, çempionatın ənənəvi olaraq son çempion "Bavariya"nın oyunu ilə başlaması palanlaşdırılır. Münhen təmsilçisi ilk turda "Şalke" ilə qarşılaşmalı olsa da, komandanın Çempionlar Liqasında mübarizə aparması maneə yarada bilər. "Bavariya" Çempionlar Liqasının 23 avqustda keçiriləcək finalına çıxacağı halda Bundesliqanın ilk oyunu Dortmunt  "Borussiya"sı və Münhenqladbax "Borrusiya"sı arasında keçiriləcək və "Bavariya"nın turnirdə startı 21 avqusta təxirə salınacaq.

Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı