Renatın Çempionşip təmsilçisinə keçidi alınmadı

Renatın Çempionşip təmsilçisinə keçidi alınmadı
XƏBƏR 6 Avqust 2020 / 10:29 2450
-  A +

“Vulverhempton”un şərəfini qoruyan millimizin üzvü Renat Dadaşovun  “Koventri Siti”yə keçidi alınmayıb.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, İngiltərə Çempionşip təmsilçisi 21 yaşlı hücumçunu icarəyə götürmək istəsə də, klublar arasında razılıq əldə olunmayıb.

Xəbərdə Renatın yanvarda digər Çempionşip təmsilçisi  “Birmingem”ə keçidinin reallaşmadığı xatırladılıb. Bundan başqa, "Vulverhempton"un millimizin üzvünü icarəyə verməyi düşündüyü vurğulanıb.

Qeyd edək ki, R. Dadaşov 2019-cu ilin avqustunda keçdiyi "Vulverhempton"la 4 illik müqavilə imzalayıb. Gənc forvard hələ ki, əsas komandada debüt etməyib. Renat 2019/2020 mövsümünün ilk yarısını icarə əsasında Portuqaliyanın "Pakuş de Ferreyra" klubunda keçirib. O, mövsümün ikinci yarısında "Vulverhempton"un U-21 komandasında çıxış edib.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı