Avrokubok oyunlarında bir dəqiqəlik sükut

Avrokubok oyunlarında bir dəqiqəlik sükut
DÜNYA FUTBOLU 4 Avqust 2020 / 00:40 3914
-  A +

Çempionlar Liqasının və Avropa Liqasının 2019/20 mövsümünün qalan oyunları bu həftə bərpa olunacaq.
 
Qol.az UEFA-nın saytına istinadən xəbər verir ki, keçiriləcək qarşılaşmalar bir dəqiqəlik sükutla başlayacaq. Komandalar koronavirus pandemiyasının qurbanlarını yad edəcəklər.

Bundan əlavə, futbolçular pandemiya ilə mübarizə aparan səhiyyə işçilərinə minnətdarlıq etmək üçün "Təşəkkürlər" yazılan köynəklər geyinərək meydançaya çıxacaqlar.

Qedək ki, Avroliqa avqustun 5-də, ÇL isə ayın 7-də bərpa olunacaq. Bütün qarşılaşmalar pandemiya ilə əlaqədar azarkeşsiz keçiriləcək.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı