"Zlatanla danışıq asan keçməyəcək" - Maldini

"Zlatanla danışıq asan keçməyəcək" -  Maldini
DÜNYA FUTBOLU 3 Avqust 2020 / 19:14 3084
-  A +

“Milan”ın idman direktoru Paolo Maldini komandanın lideri Zlatan İbrahimoviçin klubdakı gələcək taleyi ilə bağlı danışıb.

Qol.az “Sky Sport Italia”ya istinadən xəbər verir ki, klub rəsmisi “qırmızı-qaralar”la avqustda müqavilə müddəti bitəcək 39 yaşlı hücumçu ilə müqaviləni artırmaq fikrində olduqlarını deyib:

“Bu il klubda yeni şeylər yaratdıq, növbəti mövsüm də onların inkişafına çalışmalıyıq. Klub idarəetməsində çalışanda səbr etməyi daha çox öyrənirik. İşimizin təməli budur.

İbrahimoviç “Milan”ın layihəsinin bir parçasıdır. Onunla danışıqlar asan keçməyəcək, amma Zlatanı komandada saxlamaq niyyətindəyik. Onun yanında inkişaf edə biləcək bir çox gənc futbolçumuz var”.

Qeyd edək ki, yanvar ayında "Milan"a qayıdan isveçli forvard A Seriyasında 18 oyuna 10 qol vurub.

 

 


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı