“Arsenal” Avropa Liqasında

“Arsenal” Avropa Liqasında
DÜNYA FUTBOLU 1 Avqust 2020 / 22:33 4138
-  A +

İngiltərə Federasiya kubokunun final oyunu keçirilib.

Qol.az xəbər verir ki, həlledici görüşdə Londonun “Arsenal” və “Çelsi” klubları üz-üzə gəlib. Oyun “topçular”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Kubokun sahibi olan “Arsenal” Avropa Liqasına vəsiqə qazanıb. Mikel Artetanın komandası birbaşa qrup mərhələsindən mübarizəyə qoşulacaq.

Bu, "Arsenal"ın 14-cü Federasiya kubokudur. Londonluların çalışdırıcısı Mikel Arteta isə baş məşqçi kimi ilk kubokunu qazanıb.



1 avqust

İngiltərə Federasiya kuboku

Final


“Arsenla” – “Çelsi”  - 2:1
Qollar:
Pulişiç, 5 (0:1), Obameyanq, 28-pen. (1:1), 67 (2:1)

Qeyd edək ki, “Arsenal” Premyer Liqada başa çatan mövsümü 8-ci, “Çelsi” isə 4-cü pillədə başa vurub.

Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı