Qurban Qurbanov: «Xəzər-Lənkəran»la oyunda Rasim Kara amilini fikirləşməyəcəyik»

ÖLKƏ FUTBOLU 21 Noyabr 2008 / 10:51 4269
-  A +

Qol.Az-ın suallarını «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov cavablandırır

 

 

- Gənc məşqçi olmağınıza baxmayaraq, “Neftçi” kimi bir klubun baş məşqçisi oldunuz və uğur da əldə etdiniz. Ancaq hazırda baş məşqçisi olduğunuz “Qarabağ” komandasının işləri elə də yaxşı getmir...

- Yəqin ki, “Neftçi”də işləmək hər bir azərbaycanlı məşqçinin arzusudur, az bir müddətdə olsa da biz müəyyən nəticəni əldə elədik. “Qarabağ”a gəlincə,  çempionat yeni başlayıb, mən də bu komandada yeniyəm. Zaman keçdikcə çenmpionatın səviyyəsi artıb, komandalar daha da güclənib, oyunlar daha da çətinləşir. “Qarabag”ə çempionatın başlamasına bir həftə qalmış götürdüm və çalışdım ki, tez bir müddətdə komandayla yaxından tanış olum, hər bir oyunçunun potensialını öyrənim. Bundan sonra biz  müəyyən çatışmazlıqların üstündə işlədik. Bəlkə də bu amillər çempionatın gedişində bizim uğurlarımıza mane oldu. Ona görə də ikinci dövrəyə çox ciddi hazırlaşağıq ki, səhvlər buraxmayaq.

 

- Rəhbərlikdən komandayla müqaviləni artırmaq barəsində təklif almısıniz?

 

- Hər şey qaydasındadır.

 

- Deməli, «Qarabağ»da qalacaqsınız?

 

- Yəqin ki.

 

- Eşitdiyimizə görə, Zaur Ramazanovla bacara bilmisiniz?

 

- Bu haqda mən sizdən eşidirəm, bizim aramızda heç bir problem yoxdur, hər şey qaydasındadır, niyə də yola getməyək?

 

- Komandanın böyük ümüdlərlə transfer etdiyi Zaur Ramazanov demək olar ki, hər oyunda meydana çıxsa da, özünü doğrultmur. Buna baxmayaraq, onunla müqavilənit müddəti 3 il də artırıldı. Sizcə, bu, nədərəcədə məntiqə uyğundur?

 

- Biz hər bir futbolçunu komandaya böyük ümidlərlə gətirmişik, Zaur da daxil olmaqla oyunçuların  hər birinə inanırıq. Hər matçda futbolçulardan güclü oyun tələb edirik.O ki qaldı Zaurun oyununun alınmamasına, bu, hər bir  oyunçunun başına gələ bilər. Biz ona inanırıq, ümidlərimiz böyükdür və təcrübəsindən istifadə etməyə çalışırıq və hər bir matçda Zaurdan yaxşı oyun gözləyirik.

 

- Qarşıda sizi liderlər qrupunda olan iki güclü komandayla oyun gözləyir. Daha çox maraqla gözlənilən oyun təbii ki, «Xəzər Lənkaran»la olacaq. «Qarabağ»dan qəflətən gedən Rasim Kara amili bu oyunda xüsusi rol oynayır…

 

-  «Xəzər-Lənkaran» elə bir komandadır ki,orada kimin baş məşqçi olmasına baxmayaraq, bu klubla oyuna hamı məsuliyyətlə yanaşır. Biz bu gün Rasim Kara amilini fikirləşmirik, sadəcə bilirik ki, hər bir oyuna əzmkar bir kollektiv formalaşdırıb çıxarmalıyıq. Hər bir oyundan da maksimum nəticə əldə etməyə çalışırıq. Biz «Xəzər-Lənkəran»la oyuna Rasim Karanı fikirləşərək çıxmayacağıq. Kara «Qarabağ»da işləyib, onun “Qarabağ” komandasına müəyyən xeyiri dəyib. Mənə elə Kara amilini bu dərəcədə şişirtmək düzgün olmazdı.

 

- Belə söhbət gəzir ki, ikinci dövrədə Rəşad Sadiqovla Mahmud Qurbanov “Qarabağ”a  keçəcək.

 

- Onların «Qarabağ»a gəlməsinə çox şad olardım. Belə futbolçulara bu gün əksər komandaların ehtiyacı var. Eləcə də mən istəyərdim ki, Rəşadla Mahmud bizim komandada oynasınlar. Ancaq hələ ki, transfer barəsində rəhbərliklə söhbətimiz olmayıb, bu haqda qərara gəlməmişik.

 

- «Qarabağ»da baxışda olan yeni futbolçular var?

 

- Kənar oyunçular yox, ancaq əvəzedici komandadan yaxşı təsir bağışladıqları üçün iki futbolçu - Qara Qarayevlə Natiq Kərimovu heyətə cəlb etmişik, onlar 15-20 gündür bizimlə məşq edirlər.

 

- İndiki oyunuzla avrokuboklara vəsiqə qazanmağı bacara biləcəksiniz?

 

- Biz bunu çox istərdik,ancaq bu gün qəti olaraq cavab vermək çətindir.

 

- Ölkə kubokunda yolunuzu davam etdirirsiniz. İki cəbhədə oynamaq sizin üçün çətin deyil?

 

- Yox. Qarşıdakı qış fasiləsi zamanı hazırlaşmağa kifayət qədər vaxtımız olacaq. Həm çempionatın, həm də kubokun oyunlarına komandamız tam hazır çıxacaq.

 

- Qış fasiləsində təlim-məşq prosesini hansı ölkədə keçirəcəksiniz?

 

- Türkiyədə. Artıq bununla bağlı danışıqlar gedir.

 

- Hakimlərimizin oyunların idarəçiliyi haqqında fikirlərinizi bilmək istərdik?

 

- Normaldır. Zaman ötdükcə hakimlərimizin də səviyyəsi yaxşıya doğru dəyişdir. Çempionatın əvvəlində mən də daxil olmaqla bir sıra məşqçilər öz narazılığlarını bildirirdilər. Hakimlərimiz təkbətək mübarizələrdə oyunu lazımsız yerdə saxlamaqla tempi aşağı salırdılar, axır vaxtlar isə bunların azalıb. Bir sözlə, hakimlərimizdən çox da narazı deyiləm.

 

Şükür CAVAD

 

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı