Millimizin mövqeyi açıqlandı - FİFA-nın yeni reytinqi

Millimizin mövqeyi açıqlandı - FİFA-nın yeni reytinqi
XƏBƏR 16 İyul 2020 / 12:14 2251
-  A +

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Qol.az qurumun saytına istinadən xəbər verir ki, Azərbaycan yığmasının mövqeyi dəyişməyib. Komandamız 1177 xalla 114-cü yerdə qalıb.

Koronavirus pandemiyası səbəbindən yarışlar dayandığı üçün digər yığmaların mövqelərində də  dəyişiklik olmayıb.

Qeyd edək ki, siyahıya  1765 xalla Belçika başçılıq edir. Fransa 1733 xalla 2-ci, Braziliya 1712 xalla 3-cüdür.


Son xəbərlər