Qvardioladan yeni rekord

Qvardioladan yeni rekord
ÖLKƏ FUTBOLU 16 İyul 2020 / 10:34 2193
-  A +

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola yeni rekorda imza atıb.

Qol.az "Opta Joe"yə istinadən xəbər verir ki, o, Premyer Liqanın 36-cı turunda "Bornmut"a 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra buna nail olub. 49 yaşlı mütəxəssis liqada ilk 150 oyunda ən çox qələbə qazanan (111 qələbə) məşqçi olub. O, bununla da Joze Mourinyo (105), Yurgen Klopp (92), Aleks Fergüsson (90) və Kenni Dalqlişi (85) geridə qoyub.

Qeyd edək ki, Qvardiolanın komandası hazırda Premyer Liqada 75 xalla 2-ci pillədə qərarlaşıb.

 

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı