"Yuventus"la "Latsio" büdrədi, "Roma" qalib gəldi

"Yuventus"la "Latsio" büdrədi, "Roma" qalib gəldi
DÜNYA FUTBOLU 16 İyul 2020 / 01:50 4176
-  A +

İtaliya A Seriyasında 33-cü turun oyunları davam edir.

Qol.az xəbər verir ki, 2-ci oyun günündə 7 görüş keçirilib. Lider "Yuventus" "Sassuolo" ilə səfər matçında xal itkisi ilə üzləşib. 6 qolun vurulduğu oyunda qalib müəyyənləşməyib - 3:3.

"Milan" evdə "Parma"dan üstün olub - 3:1. "Latsio" səfərdə "Udineze" ilə qarşılaşıb. Görüşdə qol olmayıb. "Roma" isə öz meydanında "Verona"nı udub - 2:1.


15 iyul
.
İtaliya A Seriyası, 33-cü tur
 

"Milan" - "Parma" - 3:1
Qollar
: Kurtiç, 44 (0:1), Kessie, 55 (1:1), Ramanyoli, 59 (2:1), Çalhanoğlu, 77 (3:1) 
 
"Bolonya" – "Napoli" - 1:1
Qollar
: Manolas, 7 (0:1), Barrov, 80 (1:1)
 
"Sampdoriya" – "Kalyari" - 3:0
Qollar
: Qabbyadini, 8. Bonatsoli, 41; 53.
 
"Roma" – "Verona" - 2:1
Qollar:
Veretu, 10-pen.(1:0), Dzeko, 45+3 (2:0), Pessina, 47 (2:1)
 
"Leççe" – "Fiorentina" - 1:3
Qollar:
Kyeza, 6 (0:1), Gezzal, 38 (0:2), Kutrone, 40 (0:3),  Şaxov, 88 (1:3)
 
"Sassuolo" – "Yuventus" - 3:3
Qollar:
  Danilo, 5 (0:1), İquain, 12 (0:2) Dyuriçiç, 29 (1:2), Berardi, 51 (2:2), Kaputo, 54 (3:2), A.Sandro, 64 (3:3)
 
"Udineze" – "Latsio" - 0:0
 

16 iyul

 
21:30 "Torino" – "Cenoa"
23:45 SPAL – "İnter"

14 iyul
 
"Atalanta" – "Breşiya" - 6:2

Bu nəticələrdən sonra "Yuventus" 77 xalla liderliyini qoruyur. "Atalanta" 70 xalla 2-ci, "Latsio" 69 xalla 3-cü, "İnter" 68 xalla 4-cü, "Roma" 57 xalla 5-ci, "Napoli" 53 xalla 6-cı, eyni xalı olan "Milan" 7-cidir.  


 

Son xəbərlər