Amerikalı məşqçi Rüfəti təriflədi

Amerikalı məşqçi Rüfəti təriflədi
XƏBƏR 15 İyul 2020 / 10:41 1963
-  A +

"Rüfət Dadaşov hücumda oyunumuzu asanlaşdırır. Rəqibin müdafiəsini rahat keçə bilirik. Hazırda müdafiəyə kömək edən forvard azdır".

Qol.az xəbər  verir ki, bu sözləri millimizin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi ABŞ-ın "Finiks Rayzinq" klubunun baş məşqçisi Rik Şants USL liqasının 2-ci turunda "Los Anceles Qelaksi-2"yə qalib gəldikləri oyundan (4:0) sonra deyib.

Rüfət Dadaşovu tərifləyən baş məşqçi onun komandaya çox faydalı olduğunu bildirib: "Biz axtardığımız hücumçunu Rüfətlə tapdıq. Onun mərkəzdə topla rəftarı, fiziki göstəriciləri sayəsində cinah hücumçularımız daha aqressiv ola bilirlər. Rəqibin iki mərkəz müdafiəçisini özünə cəlb edən "9 nömrəniz" varsa, bunun sizə çox köməyi dəyər. Rüfət də cinahları yaxşı idarə edə bilir. Onun sayəsində cinah oyunçularımız üçün böyük boşluqlar yaranır. Rüfətin topa təzyiqi, yumşaq ayaqları, hava mübarizəsində üstün olması rəqibləri geri çəkilməyə vadar edir. Bir az da sürəti olsaydı, Almaniyanın ən yüksək səviyyəli futbolçularından olardı. Zəkası və oyunu oxumaq qabiliyyəti çox yüksəkdir".

Qeyd edək ki, USL-in B qrupunda yer alan "Finiks Rayzinq" keçirdiyi hər 2 matçda qələbə qazanıb. Rüfət Dadaşov 3 qolla bombardirlər yarışına başçılıq edən 3 futbolçudan biridir.

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord