"Qarabağ" Qəbələyə getdi

"Qarabağ" Qəbələyə getdi
XƏBƏR 14 İyul 2020 / 13:55 2491
-  A +

Azərbaycan çempionu Qarabağ" Çempionlar Liqasında hazırlıq məqsədi ilə təlim-məşq toplanışı üçün Qəbələyə gedib.

Klubun Mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, Ağdam təmsilçisi səhər saatlarında Bakını tərk edib.

"Qarabağ"ın düşərgəsində futbolçular Xayme Romero və Miçel Maderadan başqa hamı yer alıb. Hazırda vətənlərində olan ispaniyalı oyunçuların yaxın vaxtlarda ölkəmizə qayıdacağı gözlənilir.

Qeyd edək ki, dünən komanda üzvləri koronavirus testindən keçiblər və heç kimdə pandemiya aşkarlanmayıb.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargah  avrokuboklara qatılacaq komandaların sərt karantin rejiminin tətbiq olunmadığı bölgələrdə məşq etmələrinə icazə verib.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord