“Avroliqa sevdiyim turnir deyil” – Mourinyo

“Avroliqa sevdiyim turnir deyil” – Mourinyo
XƏBƏR 13 İyul 2020 / 11:52 2144
-  A +

“Tottenhem”in baş məşqçisi Joze Mourinyo Avropa Liqası turniri ilə bağlı fikirlərini açıqlayıb.

Qol.az-ın xəbərinə görə, İngiltərə Premter Liqasının 35-ci turunda “Arsenal”la oyundan (2:1) sonra portuqaliyalı mütəxəssis deyib:
 
“Mən məmnuniyyətlə Avropa Liqasında oynayardım. Düzdü, bu, mənim sevdiyim və daim oynamaq istədiyim turnir deyil. Amma əgər Çempionlar Liqasında çıxış edə bilmirsənsə, Avroliqada oynamalı olursan. Karyeram ərzində iki dəfə Avropa Liqasında iştirak etmişəm və hər ikisində də qalib olmuşam. Həmin turnirdə üçüncü dəfə iştirak edib, üçüncü dəfə kuboku qazanmaq pis olmazdı”.

Qeyd edək ki, “Tottenhem” hazırda Premyer Liqada 8-ci yeri tutur. Avroliqa zonasından komandanı 3 xal ayırır.


Son xəbərlər