Klub prezidenti koronavirusa yoluxdu

Klub prezidenti koronavirusa yoluxdu
DÜNYA FUTBOLU 13 İyul 2020 / 11:26 1382
-  A +

İsveçrənin "Sürix" klubunun prezidenti Ançillo Kanepa koronavirusa yoluxub.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Kanepa "Ksamaks"la 1:1 heç-heçə etdikləri çempionat matçı üçün komanda ilə birlikdə avtobusla Nevşatelə gedib. Klub rəhbəri bu səbəbdən test verib və onun nəticəsi müsbət olub. 

Qeyd edək ki, daha öncə "Sürix"in futbolçusu Mirlind Krieziuda koronavirus aşkarlanıb.

 


Son xəbərlər