Səudiyyə Ərəbistanı futbolunda kütləvi yoluxma

Səudiyyə Ərəbistanı futbolunda kütləvi yoluxma
XƏBƏR 12 İyul 2020 / 13:45 1357
-  A +

Səudiyyə Ərəbistanında koronavirusa kütləvi yoluxma halı aşkarlanıb.

Qol.az xəbər verir ki, bu, aparılmış test nəticəsində müəyyənləşib. Superliqada 50 futbolçu, 47 məşqçi və 16 rəsmi şəxsdə cavablar müsbət çıxıb. I Liqada isə 25 futbolçu yoluxub.

Başa çatdırılmağa 8 turu qalan Səudiyyə Ərəbistanı çempionatı avqustun 4-də bərpa olunacaq və sentyabrın 9-da yekunlaşacaq.

Ölkədə futbol yarışları martın 14-də koronavirus pandemiyası səbəbindən dayandırılıb. Səudiyyə Ərəbistanında idman məşqləri iyunun 21-dən bərpa olunub.

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord