"Yuventus" Turində xal itirdi, "Roma"dan qələbə

"Yuventus" Turində xal itirdi, "Roma"dan qələbə
DÜNYA FUTBOLU 12 İyul 2020 / 01:55 4620
-  A +

İtaliya A seriyasının 32-ci tura start verilib.

Qol.az xəbər verir ki, ilk oyun günündə 3 görüş keçirilib.

"Latsio" doğma meydanda "Sassuolo"nu qəbul edib və 1:2 hesabı ilə uduzub. "Roma" səfərdə "Breşiya"ya 3 cavabsız qolla qalib gəlib. Lider "Yuventus" isə son vaxtlar baxımlı oyunu ilə ardıcıl qələbələr qazanan "Atalanta"nı qəbul edib. Qonaqlar oyun ərzində iki dəfə hesabda irəlidə olsalar da, "Yuventus" hər ikisində penalti ilə hesabı bərabərləşdirib. 


11 iyun

İtaliya A Seriyası, 32-ci tur

"Latsio" - "Sassuolo" - 1:2
Qollar
: Alberto, 33 (1:0), Raspadori, 52 (1:1), Kaputo, 90 (1:2)

"Breşiya" – "Roma" - 0:3
Qollar:
Fasio, 48, Kaliniç, 62, Zaniolo, 74

"Yuventus" – "Atalanta" - 2:2
Qollar
: Zapata, 16 (0:1), Ronaldo, 55-pen. (1:1), Malinovski, 81 (1:2), Ronaldo, 90-pen. (2:2)

Bu nəticələrdən sonra "Yuventus" 76 xalla lider, "Latsio" 68 xalla 2-ci, "Atalanta" 67 xalla 3-cü, "İnter" 65 xalla 4-cü, "Roma" 54 xalla 5-cidir.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord