Zidanın dövründə 500-cü qol

Zidanın dövründə 500-cü qol
XƏBƏR 11 İyul 2020 / 10:56 2238
-  A +

La Liqanın 35-ci turunda “Real” “Alaves”ə 2:0 hesabı ilə qalib gəlib.

Qol.az “AS” nəşrinə istinadən xəbər verir ki, bu görüşdə Kərim Benzemanın rəqib qapısından keçirdiyi birinci top Zinəddin Zidanın rəhbərliyi altında "Kral klubu”nun vurduğu 500-ci qol olub.

Bu göstərici ilə fransalı mütəxəssis ikinci pillədəki mövqeyini qoruyub. İlk yeri Miqel Munyos (605 matç, 1226 qol), üçüncü yeri Visente del Boske (246 oyun, 490 qol), dördüncü yeri isə Joze Mourinyo (178 oyun, 475 qol) tutur.

Qeyd edək ki, “Real” Zidanın rəhbərliyi altında 206 matç keçirib. Bunların 138-də qalib gələn madridlilər 26 matçda uduzub, 42 oyunda isə heç-heçə edib.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı