“Zirə” bütün rəqiblərindən xal alıb

“Zirə” bütün rəqiblərindən xal alıb
ÖLKƏ FUTBOLU 9 İyul 2020 / 18:14 1419
-  A +

“Zirə” koronavirus pandemiyası səbəbindən yarımçıq başa çatan Azərbaycan Premyer Liqasının 2019/20 mövsümündə qarşılaşdığı bütün rəqiblərdən xal alıb.

Qol.az klubun saytına istinadən xəbər verir ki, komanda 20 görüşdə topladığı 23 xalı 7 müxtəlif komanda ilə görüşlərdə əldə edib.

“Qartallar” “Səbail”dən daha çox – 6 xal alıb. "Zirə"nin ən çox – 7 top vurduğu rəqib də bu komandadır.

“Zirə”nin uduzmadığı yeganə komanda “Sabah”dır. Bu rəqiblə paytaxt duellərində komanda aktivinə 5 xal yazıb. “Sumqayıt”la matçlarda isə 4 xal qazanılıb.

“Zirə” başa çatan mövsümdə 7 rəqibdən biri – “Neftçi” ilə iki dəfə, digər komandalarla üç dəfə üz-üzə gəlib.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın