Tanınmış futbol azarkeşi İlqar Həmzəyev AFFA-nın İcraiyyə Komitəsinin sabahkı iclasında millinin baş məşqçisi vəzifəsinə namizədlərinə müzakirəsi öncəsi fikirlərini bildirib.
O, Qol.az-a açıqlamasında milli komandaya hazırkı namizədlərin bu vəzifəyə uyğun olmadığını deyib:
"Hazırda milli komandanın baş məşqçi vəzifəsi üçün 3 məşqçinin - Arif Əsədov, Canni De Byazi və Roy Kinin adı hallanır. Mən milli komandaya Rəşad Sadıqovun gətirilməsini istəyirəm. Ona görə ki, yığmanın tərkibindəki futbolçuların çoxu "Qarabağ"da çıxış edir. Rəşad da çempionatımızdan çıxmış futbolçudur. Digər komandaların da oyunçularını tanıyır. Yəni, xaricdən gələn məşqçi bu futbolçuları Rəşad qədər tanıya bilməyəcək.Buna görə bir də bu pandemiya dövründə azarkeşləri qıcıqlandırmaq lazım deyil. Onsuz da vəziyyət maddi tərəfdən ağırdır".
İ.Həmzəyev deyib ki, belə bir vaxtda AFFA 650 min avro verib, xaricdən məşqçini bura gətirməklə pulu göyə sovurmuş olacaq: "Bu, mənə görə israfçılıqdır. Hazırda ölkəmiz elə vəziyyətdədir ki, hər bir dolların da, manatın da dəyərini bilməliyik. Bütün sahələrdə hamı qənaət edir. İndiki dövrdə əcnəbi məşqçi ilə bağlı açıqlama vermək düzgün deyil. Bu, sadəcə olaraq azarkeşləri qıcıqlandırır".
O, Arif Əsədovun milliyə baş məşqçi təyin olunması variantinin tərəfdarı olmamağının səbəbi haqda da danışıb: "Çünki o, bir az qorxaq futbol oynayır. Arif Əsədov həmişə ikinci məşqçi kimi özünü doğrulda bilər. O, deyə bilər ki, mən "Neftçi"də uğurlar qazanmışam. "Neftçi"də uğurunda təkcə Arif Əsədovun yox, Tahir Süleymanov, Sadıq müəllim, əcnəbi futbolçular, sistemin də böyük rolu olub. Buna görə də Arif Əsədov qətiyyən olmaz. Yəni, onu milliyə baş məşqçi təyin etmək səhv addım ola bilər. Rəşad Sadıqovu bu vəzifədə görürəm. O da Qurban Qurbanovla əməkdaşlıq edə bilər. Bu halda baza kimi isə "Qarabağ" olacaq. Məncə, 1-2 il şans verək, gənc məşqçidir. Rəşad Sadıqovun uğursuzluğu da olsa, heç kim onu qınamayacaq".
"Yuventus"dan xal itkisi
"Beşiktaş"dan qələbə
Avroliqada həftənin ən yaxşı futbolçusu odur
Yayda "Real"dan ayrılmaq istəyini rəhbərliyə bildirdi
18 xalları silindi, elitanı tərk edəcəklər
"Futbolçular uduzmaqdan qorxurdular" - Ayxan Abbasov
"Sumqayıt" "Turan Tovuz"u belə məğlub etdi - Video
"Sumqayıt" "Turan Tovuz"a qalib gəldi, 2-ci pilləyə yüksəldi
ÇL-də həftənin ən yaxşı oyunçusu
ÇL-də İtaliyanın 5 klubu mübarizə aparacaq
Ançelotti Ardaya icarəyə getməyi məsləhət görüb
La Liqa klubu baş məşqçi ilə müqaviləni uzatdı
Tovuzda heyətlər açıqlandı
"Roma"nın Lukaku qərarı
"Barselona" "Kamp Nou"ya nə vaxt qayıdacaq?
Naqelsmann daha 2 il Almaniya millisində
Bojoviç yeni mövsüm "Neftçi"də qalacaqmı? - Açıqlama
"Yuventus"a Ronaldo şoku
"Qəbələ" legioneri ilə müqaviləni ləğv etdi
Qurban Qurbanovun "Beşiktaş"ın baş məşqçi vəzifəsinə namizəd olması - Rəsmən təsdiqləndi
Xabi Alonso "Bayer"dən narazıdır
Olimpiya Oyunlarının məşəli yandırıldı - Video, Şəkillər
Premyer Liqanın oyunlarına hakim təyinatları açıqlandı
Avroliqada həftənin ən yaxşısı adına namizədlər
Pioli: "Milan"da qətiyyət çatışmırdı"
Klopp məğlubiyyətin səbəbini açıqladı
"Fənərbaxça" Konfrans Liqası ilə belə vidalaşdı - Video
"Bayer"dən Avropa rekordu
Konfrans Liqasında yarımfinalçılar müəyyənləşdi
"Qaradağ Lökbatan"dan səfər qələbəsi - Video
Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib
"Dinamo" - "Qusar" matçında 4 qol - Video
“Madriddə "Real"a qalib gəlməliyik" - Laporta
UEFA "Barselona"nı cərimələdi
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başladı
Tuhel bunu bacaran ilk alman məşqçidir
İngiltərə kubokunun formatı dəyişir
"Zaqatala"nın qələbəsi - Video
"Qusar"dan darmadağın